Ana Sayfa > İdman > Qara Qarayev 350-ci oyununu keçirdi
Qara Qarayev 350-ci oyununu keçirdiBu gün, 11:25. Yazar: sevinc1 |
![]() Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. “ Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb. Premyer Liqada 2008/2009 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb. Oyunçu Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır. 1. Rahid Əmirquliyev - 451 2. Mahmud Qurbanov - 421 3. Rəşad Sadiqov - 392 4-5. Asif Məmmədov - 388 Azər Məmmədov - 388 6. Aslan Kərimov - 382 7. Rəşad Abdullayev - 378 8-9. Elvin Məmmədov - 376 Maksim Medvedev - 376 10. Vurğun Hüseynov - 368 11. Aqil Məmmədov - 363 12. İsmayıl Məmmədov - 351 13. Qara Qarayev – 350 aia.az Geri dön |