Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 77 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 77 nəfər saxlanıldıBu gün, 10:18. Yazar: sevinc1 |
![]() Mayın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb. aia.az Geri dön |