Ana Sayfa > Karusel / Ölkə > Şəhid atası meşədə itkin düşdü
Şəhid atası meşədə itkin düşdüBu gün, 09:55. Yazar: sevinc1 |
![]() Daşkəsəndə Kəlbəcər rayon sakini meşədə itkin düşüb. "Unikal"ın məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığında yerləşən meşəlik ərazidə baş verib. Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, K.Abdullayev sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək. Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev Şəhid Şəhriyar Abdullayevin atasıdır. aia.az Geri dön |