Ana Sayfa > Özəl > Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər


Bu gün, 09:43. Yazar: azer
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan və İran münasibətləri bu coğrafi ərazilərin təhlükəsizlik, iqtisadi və mədəni əlaqələr baxımından strateji önəm kəsb edən yeni mərhələyə qədəm qoyub.İran prezidenti Məsud Pezaşkianın aprelin 28-də Azərbaycan səfəri bu istiqamətdə həm rəmzi,həm də real nəticələr doğuran əlamətdar hadisə oldu. Bu münasibətlərin təkcə diplomatik səviyyədə deyil,həm də geosiyasi, iqtisadi, humanitar və mədəni müstəvidə genişləndiyini görürük.Tərəflərin suverenlik və ərazi bütövlüyü və daxili məsələlərə qarışmamaq prinsipinə bağlılığı Cənubi Qafqazda və regional ərazilərdə sabitliyin qorunmasına zəmanət verir. Hörmətli Prezidentimiz İlham Əliyevin bəyanatında bildirdiyi kimi “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan və İran əlaqələrin inkişafına çalışmalıdır və çalışır. ”Bu məsuliyyətin yerinə yetirilməsində hər iki dövlətin əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də təqdirəlayiqdir.BMT,İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində hər iki ölkənin nümayəndələri bir-birini yaxından dəstəkləyir və yanında olurlar. Azərbaycanın İranla iqtisadi-ticari,tarixi-mədəni,dini bağlılığı gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə zəmin yaradır. İran İslam Respublikasının prezidenti Məsud Pezaşkianın Azərbaycana ilk dəfə rəsmi səfəri,ölkə rəhbərlərinin imzaladığı birgə bəyanat, hər iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün siyasi məsləhətləşmələr proqramı və nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, regional əməkdaşlığın genişlənməsində Azərbaycan-İran dostluğunda yeni mərhələnin başlanğıcının bariz nümunəsi oldu. Eyni zamanda bu səfər bir daha göstərdi ki,Azərbaycan və İran bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm zəmanət,ikitərəfli formada qəbul edilən qərarlar gələcək illər üçün güclü təminat və təməl rolunu oynayacaq. Bu qarşılıqlı etimad və əməkdaşlıq modeli təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə regional əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.
Ümid edirik və inanırıq ki, bu səfər İran-Azərbaycan münasibətlərində yeni mərhələ olacaq və iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək.

Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Minkənd kənd tam orta məktəbin tarix müəllimi
Geri dön