Ana Sayfa > Dünya > "Zombi" vulkanı 250 min ildən sonra yenidən fəaliyyət göstərdi

"Zombi" vulkanı 250 min ildən sonra yenidən fəaliyyət göstərdi


Bu gün, 09:42. Yazar: sevinc1
"Zombi" vulkanı 250 min ildən sonra yenidən fəaliyyət göstərdi

Boliviyada And dağlarında yerləşən Uturuncu vulkanı 250 min ildən sonra ilk dəfə yenidən fəaliyyət göstərməyə başlayıb. Alimlər seysmik aktivliyin və qaz emissiyalarının artmasının mümkün püskürmə əlamətləri ola biləcəyi barədə xəbərdarlıq ediblər.

aia.az xəbər verir ki, Oksford Universitetinin rəhbərlik etdiyi araşdırma qrupu, Uturuncunun mərkəzində yer qabığının yüksəldiyini, ətrafının isə batdığını göstərən "şapka" formalı relyef formasını müəyyən edib. Bildirilib ki, bu deformasiyaya kraterin altında maye və qaz hərəkətləri səbəb olub.

6 min 8 metr hündürlüyündə olan Uturuncu, dik yamaclı, konusvari quruluşlu və lava, kül və qaya təbəqələrindən ibarət stratovulkan olaraq təyin olunur. Bu tip vulkanın nümunəsi St. Helens dağı və Vezuvi dağı da göstərilir.

Uturuncu üç şəhərdən cəmi 40 kilometr məsafədədir və La Paz (Boliviya) və Santyaqo (Çili) arasında yerləşir. Potensial püskürmə zamanı lava axınlarının bu yaşayış məntəqələrini məhv edə biləcəyi və kül buludlarının Boliviya, Argentina və Çiliyə yayıla biləcəyi bildirilib.

Son vaxtlar vulkanda 1700-dən çox zəlzələ qeydə alınıb.

aia.az
Geri dön