Ana Sayfa > Gündəm > Şirvan şəhərində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib
Şirvan şəhərində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilibDünən, 18:58. Yazar: azer |
![]() Ş YAP Şirvan şəhər təşkilatının və İstiqlaliyyət prospekti, 13B ünvanında yerləşən (Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib. aia.az xəbər verir ki, may ayının 1 və 2-də YAP Şirvan şəhər təşkilatının və İstiqlaliyyət prospekti, 13B ünvanında yerləşən (Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şahmat turnirinə start verilmişdir. Açılış mərasimində YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ-nin direktoru Ramil Tağıyev, turnir iştirakçıları və oyunlara hakimlik edəcək şəxslər iştirak edirdi. Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ-nin direktoru Ramil Tağıyev iştirakçıları salamalayaraq turnirin əhəmiyyətini qeyd etdi. YAP Şirvan şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən bu kimi tədbirlərin idmanın inkişafına stimul olacağını qeyd edərək iştirakçılara uğurlar arzuladı. Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov iştirakçıları salamlayaraq Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsindən danışaraq, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərməsindən və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilməsindən, ölkəmizdə güclü şahmat məktəbi yaradılmasından bəhs etdi. Zahir Qəhrəmanov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Bu proses indi də davam edir və şahmatın inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə etdiklərini bildirərək, turnir iştirakçılarına uğurlar arzu etdi. İki gün davam edən turnirin qalibləri müəyyən olundu, qaliblərə YAP Şirvan şəhər təşkilatı tərəfindən diplom, medal və hədiyyələr, iştirakçılara və hakimlərə isə təşəkkürnamələr təqdim edilmişdir. Geri dön |