Ana Sayfa > Ölkə / Karusel > Tanınmış idmançı Oleq Bakinskinin məhkəməsinə gələcək

Tanınmış idmançı Oleq Bakinskinin məhkəməsinə gələcək


Dünən, 17:55. Yazar: sevinc1
Tanınmış idmançı Oleq Bakinskinin məhkəməsinə gələcək

Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

aia.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq prosesə sədrlik edən hakim tanınmış idmançı Füzuli Musayevin növbəti proseslərdə iştirak edəcəyi ilə bağlı məhkəməyə təqdim etdiyi bildirişi proses iştirakçılarının diqqətinə çatdırıb.

Bununla yanaşı, hakim məhkəmə istintaqının yekun mərhələdə olduğunu açıqlayaraq zərərçəkən tərəfin təklif etdiyi barışığın məhkəmə təqdim edilməsini zəruri sayıb.

Növbəti proses mayın 16-na təyin edilib.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

aia.az
Geri dön