Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldıDünən, 09:53. Yazar: sevinc1 |
![]() Mayın 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. aia.az Geri dön |