Ana Sayfa > Özəl > Qərb Finlandiya prezidentinin Rusiyaya etdiyi xəbərdarlığı ələ salıb

Qərb Finlandiya prezidentinin Rusiyaya etdiyi xəbərdarlığı ələ salıb


Dünən, 20:21. Yazar: sevinc1
Qərb Finlandiya prezidentinin Rusiyaya etdiyi xəbərdarlığı ələ salıb

Finlandiya prezidenti Aleksandr Stubbın Rusiyanın Donald Trampla “oynamasının” arzuolunmazlığı ilə bağlı açıqlamaları xarici sosial şəbəkələrdə ironik şərhlərə səbəb olub.
Kiprli jurnalist Aleks Xristoforu X sosial şəbəkəsində (keçmiş Twitter, Rusiyada bloklanıb) Finlandiya prezidenti Aleksandr Stubbın Rusiyaya müraciətini ələ salıb.

Xristoforu nəşrdən bir parça dərc edib və onu şərhlə müşayiət edib: “Bir başlıqda vassal tərifi. NYT: Finlandiya lideri Kremlə xəbərdarlıq edib: “Prezident Trampla oynamayın”

Stubb daha əvvəl də , Rusiya Ukraynada tam və qeyd-şərtsiz atəşkəsə razı olmalıdır-demişdi.

O, həmçinin The New York Times-a müsahibəsində deyib ki, Finlandiya Ukraynanın SSRİ-yə sərt güzəştlər təcrübəsini təkrarlayacağından ehtiyat edir və bu, ölkənin suverenliyini və ya ərazisinin bir hissəsini itirməsinə səbəb ola bilər.

Senator Andrey Klimov və diplomat Konstantin Dolqov qeyd edib ki, Rusiyadan tam atəşkəslə razılaşmağı tələb etməklə Stubb finləri daxili problemlərindən yayındırmağa çalışır

aia.az
Tərcümə şöbəsi
Geri dön