Ana Sayfa > Özəl > Le Pen prezident postu uğrunda mübarizəni davam etdirəcək
Le Pen prezident postu uğrunda mübarizəni davam etdirəcəkDünən, 20:12. Yazar: sevinc1 |
![]() Fransa parlamentindəki Milli Mitinq partiyasının lideri Marin Le Pen Narbonnada keçirdiyi görüşdə tərəfdarlarına söz verib ki, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilmək üçün hüquqi mübarizəsini davam etdirəcək. Bu barədə BFMTV yazır. 2025-ci il martın 31-də Paris məhkəməsi Le Penə və bir sıra Avropa Parlamentinin deputatlarına Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə hökm çıxarıb. Le Pen görüş iştirakçılarına deyib: “İki ildən sonra sizi növbəti prezident seçkilərində təmsil etmək ümidi ilə şərəfim və günahsızlığım naminə yeni mübarizəyə başlamalı olduğum vaxtdan 30 gün keçdi”. Siyasətçi 2026-cı ildə prezident seçkilərindən əvvəl bələdiyyə seçkilərinin də keçiriləcəyini xatırladıb. O, bu seçkilərin onun tərəfdarları üçün “demokratiyanın müsadirəsinə qarşı ayağa qalxması” üçün bir fürsət olacağını açıqlayıb. aia.az Tərcümə şöbəsi Geri dön |