Ana Sayfa > Manşet / Ölkə > Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapıldı
Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapıldıBu gün, 12:20. Yazar: sevinc1 |
![]() Əsgəran - Xocalı yolunda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. aia.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: "Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar". aia.az Geri dön |