Ana Sayfa > Özəl > ABŞ-ın tədarük etdiyi F-16-nın nasazlığı problem yaradıb

ABŞ-ın tədarük etdiyi F-16-nın nasazlığı problem yaradıb


Bu gün, 09:06. Yazar: sevinc1
ABŞ-ın tədarük etdiyi F-16-nın nasazlığı problem yaradıb

ABŞ-dan gətirilən ilk F-16 Block 70 təyyarəsində texniki problemlər yaranıb. Bu nasazlıq barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-mayor Nikolay Rusev məlumat verib.
"İlk F-16 Bolqarıstana endikdən sonra sistemlərdən birinin işində sapma aşkar edilib ki, bu da təyyarənin nasaz olması demək deyil. Təyyarə texniki səbəblərə görə qəbul edilərkən bu yayınma standartlara daxil ediləcək ki, sonrakı mərhələdə təyyarənin uçuşa qəbulu normal rejimdə həyata keçirilə bilsin", - Rusev vurğulayıb.

O qeyd edib ki, F-16 hələ tam xidmətə daxil olmayıb. Komandir vurğulayıb ki, bundan əvvəl texniki və uçuş qəbulu vaxt aparacaq.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı F-16-dan şikayət etmişdi.

"F-16-nın uçuş məsafəsi bizim atəşə tutulduğumuz məsafənin təxminən üçdə biri qədərdir", - deyə ukraynalı zabit bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön