Ana Sayfa > Özəl > Kollecdə “Cəfər ömrü” adlı tədbir keçirildi
Kollecdə “Cəfər ömrü” adlı tədbir keçirildiDünən, 19:25. Yazar: sevinc1 |
![]() Bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecdə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 126 illiyinə həsr olunmuş tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə Cəfər Cabbarlının zəngin, mənalı həyat və yaradıcılığı ilə bağlı tələbələrin məruzəsi dinlənilib və qeyd olunub ki, C.Cabbarlı yazdıqları əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır.Tələbələr tərəfindən Cəfər Cabbarlının pyesləri əsasında səhnələşdirilən əsərlərdən qısa parçalar nümayiş olunub.. UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov çıxış edərək Cəfər Cabbarlının yaradıcılığından, əsərlərində qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından,ədibin Azərbaycan mədəniyyətinə xidmətlərindən danışıb. Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Geri dön |