Ana Sayfa > Təhsil > 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildi
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildiDünən, 16:44. Yazar: sevinc1 |
![]() 30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Bu barədə aia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər. aia.az Geri dön |