Ana Sayfa > Manşet / Özəl > Novruzəli Aslanov İsmayıllının Soltankənd kəndində sakinlərlə görüşüb
Novruzəli Aslanov İsmayıllının Soltankənd kəndində sakinlərlə görüşübBu gün, 12:38. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 30 aprel 2025-ci il tarixində İsmayıllı rayonunun sakinləri ilə görüşlərini davam etdirir. aia.az xəbər verir ki, bu görüş rayonun Soltankənd kəndində baş tutub. Görüşdə Soltankəndlə yanaşı qonşu Uştal kəndinin də sakinləri iştirak ediblər. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən hər iki kəndin işıqla bağlı təchizatında müəyyən problemlərin olduğu deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Soltankənd və Uştal kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |