Ana Sayfa > Özəl > FSB Hitlerin intiharı ilə bağlı yeni sənədlərin məxfiliyini ləğv edib

FSB Hitlerin intiharı ilə bağlı yeni sənədlərin məxfiliyini ləğv edib


Bu gün, 11:03. Yazar: sevinc1
FSB Hitlerin intiharı ilə bağlı yeni sənədlərin məxfiliyini ləğv edib

Federal Təhlükəsizlik Xidməti nasist Almaniyasının lideri Adolf Hitlerin bunkerdəki son günləri ilə bağlı əlavə faktları üzə çıxaran əvvəllər məxfi materiallar yayıb.
“RİA Novosti” xəbər verir ki, sənədlərdə Hitlerin intiharından bir neçə saat əvvəl və dərhal sonra onun yeraltı bunkerində baş verən hadisələrlə bağlı əlavə məlumatlar var.
Hitler 30 aprel 1945-ci ildə o zaman tamamilə sovet qoşunları tərəfindən mühasirəyə alınmış Berlində intihar etdi. Məxfilikdən çıxarılan materiallar, baş verənlərin təfərrüatlarını, o cümlədən şahidlərin ifadələrini və nasist liderinin son saatlarında bunkerdəki vəziyyətin təsvirlərini ortaya qoyur. Yeni sənədlərin nəşri Hitlerin ölümünün 80 illiyi ilə bağlıdır və onun son günləri və ölümündən sonra ətrafındakıların reaksiyası barədə daha dolğun təsəvvür yaratmaq məqsədi daşıyır.
Bundan əvvəl FSB Zaksenhauzen konsentrasiya düşərgəsində nasist təcrübələrinin təfərrüatlarını açıqlayıb. Məxfilikdən çıxarılan sənədlərdə keçmiş komendantın müharibə zamanı kütləvi qətllər, eksperimentlər və həbs düşərgəsi əsirlərinin məhv edilməsi üsulları ilə bağlı etirafları var.

aia.az
Tərcümə şöbəsi
Geri dön