Ana Sayfa > Karusel / Qərbi Azərbaycan / Siyasət / Özəl / Seçilənlər-9 > Əziz Ələkbərli; "Ermənilərin hərəkəti dünya mədəni irsinə qarşı cinayətdir"

Əziz Ələkbərli; "Ermənilərin hərəkəti dünya mədəni irsinə qarşı cinayətdir"


Bu gün, 10:57. Yazar: sevinc1
Əziz Ələkbərli; "Ermənilərin hərəkəti dünya mədəni irsinə qarşı cinayətdir"


“Qərbi Azərbaycan ərazisindəki mədəni irs nümunələrimiz təkcə Azərbaycan xalqının mədəniyyət nümunələri deyil, eyni zamanda, İslam dünyasının və bütövlükdə dünya mədəni irsinin nümunələridir. Azərbaycanlıların indiki Ermənistan ərazisindən tam deportasiyasından sonra abidələrimizə, mədəni irsimizə qarşı total hücuma keçən ermənilər vandalizmin ən acı nümunələrini nümayiş etdirmişlər. Saxta tarix düzəltəməyin mahir ustası olan ermənilər buna imkan olmayanda da abidələri yerli-dibli yox eləmək üsulundan istifadə edirlər.”
Bu sözləri aia.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

İcma sədri qeyd edib ki, "bu abidələrin dağıdılması dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir. Hazırda Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrimizin dəqiq qeydiyyatı var. Biz bu abidələrin mövcud vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən də ICESCO-ya məlumatlarımızı təqdim edəcəyik. Şübhəsiz, çalışacağıq ki, onların imkanlarından istifadə edərək, indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanda Azərbaycan və müsəlman mədəni irs nümunələrinin dağıdılmasının qarşısı alınsın".
Millət vəkili yaxınlarda İrəvan şəhərindəki sonuncu Azərbaycan yaşayış məntəqəsi olan Təpəbaşı məhəlləsi, oradakı mədəniyyət abidələri, o cümlədən Abbasqulu Xan İrəvanskinin inşa etdirdiyi Təpəbaşı məscidi ilə bağlı da UNESCO-ya, həmçinin beynəlxalq təşkilatlara müraciət olunduğunu bildirərək deyib: "Həmin ərazilərin, yəni tarixi bölgə statusunu daşıyan yaşayış məntəqəsi və onun ətrafında yerləşən abidələrin dağıdılmasının qarşısının alınması ilə bağlı təcili öz səsimizi ucaltdıq”.

Geri dön