Ana Sayfa > Manşet / Karusel / Özəl / Siyasət / Gündəm / Qərbi Azərbaycan > Qərbi Azərbaycan İcmasında görüş
Qərbi Azərbaycan İcmasında görüşBu gün, 10:30. Yazar: sevinc1 |
![]() İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki 2025-ci il aprelin 29-da Qərbi Azərbaycan İcmasını ziyarət etmişdir. Baş direktorun İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərov, Müşahidə Şurasının sədri Misir Mərdanov və icmanın rəhbərliyində təmsil olunan digər şəxslərlə keçirdiyi görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılmışdır. ![]() İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə İSESKO rəhbərinə məlumat vermiş, İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il Banjul zirvə görüşünün qərarlarına və İSESKO-nun mandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümid bəslədiklərini bildirmişlər. İSESKO rəhbərliyi Azərbaycandakı etnik və dini müxtəlifliyi, tolerant mühiti, Azərbaycanın mədəniyyətlərarası dialoqa və İSESKO-nun fəaliyyətinə verdiyi töhfələri təqdir etmiş, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevər yanaşmasını alqışlamış və İslam irsi üzrə həqiqətlərin üzə çıxarılmasının və mədəni irsin qorunmasının sülh və anlaşma üçün əhəmiyyətini vurğulamışdır. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə praktik əməkdaşlıq istiqamətləri nəzərdən keçirilmişdir. ![]() ![]() ![]() Geri dön |