Ana Sayfa > İqtisadiyyat > Beynəlxalq Bank kimə satılacaq?
Beynəlxalq Bank kimə satılacaq?8-02-2017, 10:47. Yazar: Sevinc |
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov “Reuters” informasiya agentliyinə verdiyi müsahibədə investorlar barədə bəzi fikirlərini açıqlayıb. Bu siyahıda daha çox beynəlxalq maliyyə institutlarının adı çəkilir. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq barədə suallara da cavab verən Xalid Əhədov bunun təşkilati-sağlamlaşdırma tədbirlərinə paralel olaraq mərhələ-mərhələ yerinə yetiriləcəyini bildirib. Eyni zamanda, özəlləşdirmə prosesində iştirak edə biləcək mümkün investorlar haqqında mövqeyini bölüşüb: “Azərbaycanın sosial-iqtisadi inkişafında maraqlı olan Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumların prosesə cəlb edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, investor qismində Azərbaycan Beynəlxalq Bankına yeni texnologiyalar və yeni nəfəs gətirə biləcək özəl xarici maliyyə institutlarına da üstünlük verilə bilər. Özəlləşdirmə prosesinə yerli investorların da yerli İPO vasitəsilə cəlb olunması mümkündür”. (Qafqazinfo) Geri dön |