Ana Sayfa > Ölkə > “AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə Rəhbər komitənin növbəti iclası olub

“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə Rəhbər komitənin növbəti iclası olub


Dünən, 16:13. Yazar: sevinc1
“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə Rəhbər komitənin növbəti iclası olub

“AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC ABŞ” arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitənin növbəti iclası keçirilib.
Rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dair gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.
İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, yataqda istismar işləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələri üzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Həmçinin Saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin “AzerGold” QSC-yə ötürülməsindən sonra digər saziş sahələrində istismara hazırlıq işləri çərçivəsində yerli qanunvericiliyin tələbləri və beynəlxalq standartlar əsasında həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan işlər müzakirə olunub.
Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad
Geri dön