Ana Sayfa > Özəl > Türkiyə-İran sərhədində 2 kilometr uzunluğunda yük maşını növbəsi var
Türkiyə-İran sərhədində 2 kilometr uzunluğunda yük maşını növbəsi varDünən, 16:04. Yazar: sevinc1 |
![]() İran tərəfində günlərdir yaşanan sistem problemi səbəbilə Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısında 2 kilometr uzunluğunda yük maşını növbəsi yaranıb. Esendere Sərhəd Qapısında gözləyən yük maşınlarının növbəsi təxminən 2 kilometrə çatıb. Yük maşını sürücüləri Esendere Sərhəd Qapısından İrana keçmək və yüklərini çatdırmaq üçün növbə gözləyirlər. Yük maşınlarının növbəsi olduğunu bildirən Hasım Han, "Yüksəkovadan günorta saatlarında Esenderəyə gedəndə 2 kilometri keçən yük maşınları növbəsi var idi. Soruşduğumuzda bunun İrandan qaynaqlandığını dedilər. İnşallah bu da tezliklə bitər və yollarına davam edərlər" dedi. aia.az Tərcümə şöbəsi Geri dön |