Ana Sayfa > Təhsil > İş yerlərini dəyişmək istəyən müəllimlərin nəzərinə!

İş yerlərini dəyişmək istəyən müəllimlərin nəzərinə!


Dünən, 13:22. Yazar: sevinc1
İş yerlərini dəyişmək istəyən müəllimlərin nəzərinə!

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.

Bu barədə aia.az-a İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.

aia.az
Geri dön