Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Çin arasında viza tələbinin aradan qaldırılması ölkəmizdə beynəlxalq turizmin inkişafına önəmli töhfədir”
Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Çin arasında viza tələbinin aradan qaldırılması ölkəmizdə beynəlxalq turizmin inkişafına önəmli töhfədir”Bu gün, 11:19. Yazar: sevinc1 |
![]() “Ölkə Prezidenti cənab İlham Əliyevin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ açan tarixi hadisədir. Məlumdur ki, bu gün Azərbaycan-Çin münasibətlərinin məhz hansı istiqamətdə inkişaf edəcəyi sadəcə ölkələrimiz və xalqlarımız deyil, eyni zamanda həm də bütün Avrasiya məkanında yayılmış böyük bir coğrafiya üçün son dərəcə önəmli bir məsələdir. Qeyd edək ki, dövlət başçımızın sonuncu dəfə Çinə etdiyi səfərindən sonra keçən altı il ərzində Azərbaycan Prezidenti və ÇXR-in Sədri dəfələrlə bir sıra tədbirlərdə görüşüblər. Əlbəttə ki, bu görüşlərin hər biri iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Sonuncu dəfə 2023-cü ilin iyul ayının 3-də Astanada keçirilən ŞƏT sammitinin gedişi zamanı baş tutan ikitərəfli görüş əsnasında isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bu sənəd ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirdi ki, bu da böyük nailiyyət oldu. Cənab Prezident İlham Əliyevin Pekində Çinin CGTN telekanalına verdiyi müsahibəsində də qeyd olunduğu kimi, həmin görüş Azərbaycan ilə Çin arasında əməkdaşlığın olduqca mühüm tarixinə çevrildi. Bu gün isə, ölkələrimiz arasındada artıq hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qaldırılmış və eyni zamanda da bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanmışdır.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Fikirlərini davam etdirən deputat Azərbaycan ilə Çin arasında viza rejiminin aradan qaldırılmasının beynəlxalq turizmin inkişafına güclü təkan verəcəyini xüsusi qeyd edib: “Cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərin hər biri şamil olunduğu sahədə əməkdaşlığın qurulmasına və inkişafına güclü təkan verəcək. O cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” Azərbaycana Çin turistlərinin gəlişini asanlaşdırmaqla ölkəmizdə beynəlxalq turizmin inkişafına böyük töhfə olacaq. Məlumdur ki, keçən il Azərbaycan birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etmişdi. Maraqlıdır ki, adətən ikitərəfli əsasda qəbul olunan bu qərar Çinə xüsusi münasibət göstərilərək birtərəfli qaydada qəbul edilmişdi. Bununla Azərbaycan dostluğunu və səmimiliyini nümayiş etdirmiş oldu. Bu gün isə artıq Çin tərəfi də Azərbaycan vətəndaşlarını vizadan azad etdi. Bu həqiqətən də ölkələrarası münasibətlərdə böyük nailiyyətdir və Azərbaycanda turizmin inkişafına misilsiz töhfə olacaq. Yəqin ki, ölkələrimiz arasında aviareyslərin sayı da artırılacaq. Dövlət başçımızın müsahibəsində qeyd olunduğu kimi, ötən il viza rejimi ləğv ediləndən sonra Çindən gələn turistlərin sayı iki dəfədən çox artmışdır. Azərbaycan turizm sektorunun inkişafında çox maraqlıdır və ölkəmizin bunun üçün bütün imkanları var. Nəzərə alsaq ki, il ərzində səyahət edən Çinli turisrlərin sayı 150 milyondur, Azərbaycanın vizasız olması və bir başa uçuşların olması Çinli turistlərin ölkəmizə gəlməsi imkanlarını artırır. Cənab Prezidentin qeyd etdiyi kimi, əqər 1% turistlər gəlsə bu 1 500 000 turist deməkdir. Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar, hətta yarımsəhra ərazilər hər kəsin öz zövqünə uyğun məkanda istirahəti üçün şərait yaradır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. Geri dön |