Ana Sayfa > Özəl > ABŞ münaqişədən sonra Ukraynanın “parçalanmasından” danışıb
ABŞ münaqişədən sonra Ukraynanın “parçalanmasından” danışıbBu gün, 10:27. Yazar: sevinc1 |
![]() Münaqişənin həlli üzrə sülh sazişi nəticəsində Ukrayna “parçalanacaq” və Kiyevin heç bir təhlükəsizlik zəmanəti olmayacaq. Bu barədə Amerikanın “Politico” qəzeti yazır. “Sülh razılaşması nəticəsində Kiyev nəinki parçalanmış bu qəddar münaqişədən çıxacaq, həm də onun heç bir ciddi təhlükəsizlik zəmanəti olmayacaq, çünki Vaşinqton avropalıları dəstəkləməkdən imtina edir”, - nəşr yazır. Qeyd olunur ki, Avropanın Kiyevə lazım olan hər şeyi vəd etmək siyasəti şübhələr yaradır. Aprelin 29-da Amerikanın “The Wall Street Journal” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələrindəki ABŞ-ın döyüş sursatları yaxın bir neçə ay ərzində tükənəcək, Avropa Kiyevi mərmilərlə tam təmin edə bilməz və bu, Ukraynanın cəbhə xəttində saxlamaq qabiliyyətini təhlükə altına qoyur. Bundan əvvəl Amerika prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, bütün itirilmiş ərazilərin Ukraynaya qaytarılması ideyasını “gülünc” hesab edir. aia.az Tərcümə şöbəsi Geri dön |