Ana Sayfa > Karusel / Ölkə > Dağlıq ərazilərə qar yağıb

Dağlıq ərazilərə qar yağıb


Bu gün, 09:59. Yazar: sevinc1
Dağlıq ərazilərə qar yağıb

Aprelin 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Lerik, Altıağac, Xınalıq və Oğuzda (Başdaşağıl) qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 22, Qaxda 20, Qəbələ və Şəkidə 16, Zərdabda 9, Gəncədə 8, Balakəndə 7, Yardımlıda 6, Lənkəran, Göyçay, Sabirabad, Mingəçevir, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Cəfərxan, Gədəbəy, Daşkəsən, Şamaxı, Qobustan, İsmayıllı, Qusar, Xaltan, Tovuz, Kürdəmir, Göygöl, İmişli, Cəlilabad, Ağsu, Şəmkir, Beyləqan, Şuşa, Xocalı, Xankəndi, Füzuli və Ceyrançöldə 3 mm-dək təşkil edib.

Bəzi ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27 m/s, Naftalanda 23 m/s, Culfada 22 m/s, Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Ağdam, Gəncə,Tərtər və Beyləqanda 18 m/s, Bərdə və Şahdağda 16 m/s, Balakəndə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.

aia.az
Geri dön