Ana Sayfa > Dünya > Ərdoğan Suriyaya qayıdan qaçqınların sayını

Ərdoğan Suriyaya qayıdan qaçqınların sayını


Bu gün, 09:28. Yazar: sevinc1
Ərdoğan Suriyaya qayıdan qaçqınların sayını

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb.

aia.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Əsəd rejiminin devrilməsindən sonra 932 minə yaxın suriyalı ölkəsinə geri dönüb.

“Suriyada 13 il yarım davam edən zülm və toqquşmalar 2024-cü ilin dekabrın 8-də başa çatıb. Bir milyon insanı öldürən Əsəd rejimi devriləndən sonra Suriya xalqının azadlığını təmsil edən yeni iqtidar formalaşdı. Suriya toparlandıqca, ölkədə sabitlik və təhlükəsizlik mühiti formalaşdıqca, ölkəsinə qayıdan suriyalıların sayı artdı. Dekabrın 9-dan bəri sadəcə Türkiyədən Suriyaya qayıdanların sayı 931 min 540 nəfərə çatıb”, - Türkiyə Prezidenti çıxışında qeyd edib.

aia.az
Geri dön