Ana Sayfa > Özəl > Fiko: Slovakiya və Macarıstan Ukraynadakı münaqişənin dərhal dayandırılmasının tərəfdarıdır

Fiko: Slovakiya və Macarıstan Ukraynadakı münaqişənin dərhal dayandırılmasının tərəfdarıdır


Dünən, 20:27. Yazar: sevinc1
Fiko: Slovakiya və Macarıstan Ukraynadakı münaqişənin dərhal dayandırılmasının tərəfdarıdır

Slovakiyanın baş naziri Robert Fiko macar həmkarı Viktor Orbanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Bratislava və Budapeşt Rusiya-Ukrayna münaqişəsinin dərhal dayandırılmasının tərəfdarıdırlar.

Bu barədə TASS məlumat yayıb.


O, Bratislava və Budapeştin bütün hərbi əməliyyatları rədd etdiyini və həmçinin Amerikanın Ukraynada sülhə nail olmaq təşəbbüsünün uğurlu olacağına inandığını vurğulayıb.

Fiko vurğulayıb ki, Avropa İttifaqında Slovakiya və Macarıstanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi münaqişənin davam etdirilməsini dəstəkləyən digər ölkələrin mövqeyindən fərqlənir.
Baş nazir əlavə edib ki, Macarıstan tərəfi Ukrayna ərazisindən qaz tranzitinin bərpasına tərəfdardır ki, bu da Slovakiya üçün çox vacibdir.

aia.az
Tərcümə şöbəsi

Geri dön