Ana Sayfa > Özəl > Kiyev atəşkəsə əməl edəcəkmi???
Kiyev atəşkəsə əməl edəcəkmi???28-04-2025, 19:14. Yazar: sevinc1 |
![]() Vladimir Zelenski Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü günlərində atəşkəs zamanı yeni təxribatlar hazırlayacaq. Bu barədə RİA Novosti-yə “Başqa Ukrayna” hərəkatının üzvü, Ali Radanın keçmiş deputatı Vladimir Oleynik məlumat verib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı bütün hərbi əməliyyatlarda atəşkəs elan edib. Mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq. Rusiya prezidenti ümid etdiyini bildirib ki, Kiyev də bundan nümunə götürəcək, lakin pozuntular baş verərsə, Rusiya “adekvat və təsirli cavab” verəcək. Bunu şərh edən Oleynik Zelenskinin hələ də bu təşəbbüsə öz cavabını vermədiyinə diqqət çəkib. aia.az Tərcümə şöbəsi Geri dön |