Ana Sayfa > Özəl > Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub.
Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub.Bu gün, 16:05. Yazar: sevinc1 |
![]() Son illərdə qlobal nəqliyyat və logistika sahəsində baş verən dəyişikliklər fonunda Azərbaycanın strateji mövqeyi daha da ön plana çıxır. 2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artımın qeydə alınması bu sahədəki sıx əməkdaşlığın və səmərəli strategiyaların bariz nümunəsidir. Bu fakt Azərbaycanı bölgədə mühüm tranzit mərkəzinə çevirmək yolunda atılan uğurlu addımların göstəricisidir. Prezident İlham Əliyevin Pekində Çin-in CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, ölkəmiz qonşu dövlətlərlə birgə yüklərin keçidini asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisələr yaradıb. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, gömrük idarəçiliyində islahatlar və rəqəmsallaşma sahəsində atılan addımlar nəticəsində Çindən Qara dənizə daşınan yüklərin tranzit müddəti cəmi 10-12 günə enib. Bu rəqəm dünya nəqliyyat şəbəkəsində Azərbaycanı daha cəlbedici bir marşruta çevirir. Azərbaycanın həm Asiya və Avropa, həm də Şimal və Cənub istiqamətlərində yerləşməsi ölkənin tranzit ölkəsi kimi strateji əhəmiyyətini daha da artırır. Dövlət başçısının da qeyd etdiyi kimi, bu statusu qoruyub inkişaf etdirmək üçün qonşu dövlətlərlə və onların qonşuları ilə sağlam və etibarlı münasibətlər qurmaq vacibdir. Azərbaycanın bu sahədə uğur qazanması regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beynəlxalq ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Azərbaycanın tranzit ölkə kimi rolunun güclənməsi təkcə iqtisadi sahədə deyil, həm də siyasi baxımdan ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir. Rəqəmsallaşmaya və logistika imkanlarının genişləndirilməsinə yönəlmiş davamlı islahatlar isə gələcəkdə ölkəmizin qlobal nəqliyyat şəbəkəsində əsas oyunçulardan birinə çevrilməsinə zəmin yaradır. Rəvanə Kərimova, Nəsimi Rayon Gənci. Geri dön |