Ana Sayfa > Özəl > Rubio və Witkoff ukraynalılarla görüşdən niyə imtina etdilər?
Rubio və Witkoff ukraynalılarla görüşdən niyə imtina etdilər?Bu gün, 13:52. Yazar: sevinc1 |
![]() The New York Times-n (NYT) yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Steven Witkoff Ukrayna münaqişəsinin nizamlanmasının əsas elementlərinə etiraz etdikdən sonra ötən həftə Londonda ukraynalılarla danışıqları tərk ediblər. Həm Witkoff, həm də Rubio keçən həftə Londonda Ukrayna rəsmiləri ilə bir sıra danışıqlara qatılmağı planlaşdırmışdılar, lakin [Ukrayna lideri Vladimir] Zelenskinin köməkçiləri iki amerikalının aprelin 17-də Parisdə ukraynalı müzakirəçilərə təqdim etdikləri nizamlanma təklifinin əsas elementlərinə etiraz etdikdən sonra danışıqları ləğv ediblər. Böyük Britaniyanın paytaxtında keçirilən görüşdə digər Amerika rəsmilərinin də olduğu qeyd edilir. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov dövlət katibi Marko Rubionun Ukrayna və Avropa ölkələri ilə dialoqun gedişatı barədə Moskvanı operativ şəkildə məlumatlandıracağını bildirmişdi. Belə əməkdaşlığa misal olaraq aprelin 17-də Parisdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna nümayəndələri arasında aparılan danışıqları göstərmək olar. Nazir qeyd edib ki, Rubio görüşün nəticələri barədə həmin gün ona məlumat verib. aia.az Tərcümə şöbəsi Geri dön |