Ana Sayfa > Özəl > ABŞ Tramp və Zelenski arasında keçirilən görüşün nəticələrini qiymətləndirdi: “Hər şey bitdi”

ABŞ Tramp və Zelenski arasında keçirilən görüşün nəticələrini qiymətləndirdi: “Hər şey bitdi”


Bu gün, 13:21. Yazar: sevinc1
ABŞ Tramp və Zelenski arasında keçirilən görüşün nəticələrini qiymətləndirdi: “Hər şey bitdi”
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Marjorie Taylor Greene özünün X (keçmiş Twitter) səhifəsində ABŞ prezidenti Donald Tramp və Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında daha əvvəl Vatikanda baş tutan görüşünü “bitdi” sözləri ilə təsvir edib.

“Bitdi” deyən Greene, Vatikanda Zelenski və Trampın fotosu ilə yazısını müşayiət edərək öz fikirlərini bölüşdü.
Aprelin 26-da Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Papa Fransiskin dəfn mərasimində “çox qısa” görüş keçirildiyi bildirilib. Qərb mediası Vatikandakı mənbələrinə istinadən tərəflərin mərasimdən sonra görüşmək barədə razılığa gəldiyini, lakin Trampın mərasimdən sonra “çox tez” Romadan ayrıldığını bildirib.
Lakin konqresmen konkret nə demək istədiyini açıqlamayıb. Donald Trampla görüşünü şərh edən Vladimir Zelenski Ağ Evin sahibi ilə çox şey müzakirə etməyi bacardığını deyib və ona təşəkkür edib. Amerika lideri Kiyev rejiminin rəhbəri ilə Vatikanda görüşü şərh edərkən bəyan edib ki, Krım yalnız “qısa” müzakirə olunub.

aia.az
Tərcümə şöbəsi
Geri dön