Ana Sayfa > Ölkə / Karusel > Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb


Bu gün, 11:58. Yazar: sevinc1
Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.042025 -27.05.2025) açıqlanıb.

ANAMA-dan aia.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 35 piyada əleyhinə mina, 36 tank əleyhinə mina, 574 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 925,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

aia.az
Geri dön