Ana Sayfa > Özəl > Trump'ın uyarısı işe yaradı: NATO ülkeleri savunma harcamalarını artırdı, 22 ülke geçerken 9 ülke sınıfta kaldı!

Trump'ın uyarısı işe yaradı: NATO ülkeleri savunma harcamalarını artırdı, 22 ülke geçerken 9 ülke sınıfta kaldı!


25-04-2025, 20:08. Yazar: sevinc1
Trump'ın uyarısı işe yaradı: NATO ülkeleri savunma harcamalarını artırdı, 22 ülke geçerken 9 ülke sınıfta kaldı!
NATO-nun illik hesabatına görə, bir çox üzv ölkələr müdafiə xərclərini artırıb.
Donald Trampın bəyanatlarından sonra NATO ölkələri müdafiə xərclərinə ÜDM-nin ən azı 2 faizini ayırmağa başlayıb. Əvvəlki dövrlə müqayisədə 2024-cü ildə hərbi xərclərdə 19,4 faiz artım olub. Müttəfiqlərdən 22-si 2 faizlik hədəfi yerinə yetirib. Hədəf müdafiə xərclərini əvvəlcə 3 faizə, sonra isə 5 faizə çatdırmaqdır.

ÜDM-in 4,07 faizini müdafiəyə sərf edən Polşa liderlik edir. Onu müvafiq olaraq Estoniya, Latviya və ABŞ izləyir. Daha sonra Litva və Yunanıstan gəlir.

2 faizlik həddi bir qədər aşan ölkələr sırasına Danimarka, Böyük Britaniya, Finlandiya, Rumıniya, İsveç, Norveç, Macarıstan, Almaniya, Türkiyə, Çexiya və Hollandiya daxildir. Türkiyə 2024-cü ildə ÜDM-nin yüzdə 2,09-unu müdafiəyə xərclədi. Bu nisbət bir əvvəlki ilə nisbətən yüzdə 1,5-in altında idi.

Fransa və Bolqarıstan da 2 faizi keçib, Slovakiya isə düz 2 faizə çatıb.
Baryeri keçə bilməyən ölkələr Monteneqro, İtaliya, Portuqaliya, Belçika, Lüksemburq, Sloveniya və Kanada olub. İspaniya sonuncu yerdə qərarlaşıb. Aralıq dənizi ölkəsi müdafiəyə ÜDM-in cəmi 1,24 faizini xərcləyib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO ölkələri ordularını yenidən silahlandırmağa və onları müharibəyə hazır vəziyyətə gətirməyə çalışırlar.


aia.az
Tərcümə şöbəsi
Geri dön