Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya səfərə gəlibDünən, 18:50. Yazar: sevinc1 |
![]() Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gəlib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar. Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq. Geri dön |