Ana Sayfa > Karusel / Dünya > Üç bacı birləşib atalarını öldürdülər -
Üç bacı birləşib atalarını öldürdülər -Bu gün, 16:08. Yazar: sevinc1 |
![]() Rusiyada dəhşətli ailə faciəsi baş verib. aia.az xəbər verir ki, illərdir ataları tərəfindən cinsi təcavüzə məruz qalan üç qız qətl törədib. Onlar birlikdə atalarını qətlə yetiriblər. Qan donduran hadisədən sonra üç bacı saxlanılıb. Hakim qarşısına çıxarılan qızlar illər ərzində doğma ataları tərəfindən fiziki və cinsi zorakılığa məruz qaldıqlarını açıqlayıblar. Moskva Məhkəməsi 57 yaşlı Mixail Xaçaturyanın qızlarına qarşı sistematik zorakılığı rəsmən qeydə alıb. Krestina, Angelina və Mariya Xaçaturyanın vəkilləri qətllərin “özünümüdafiə” hesab edilməsi üçün mübarizə aparırlar. Serbski İnstitutu atanın qızlarına qarşı zorakılığın təfərrüatlarını açıqlayıb. Hesabatda qızların 2014-cü ildən ataları tərəfindən istismara məruz qaldığı bildirilib. Məlumata görə, ata qızlarından birinə “Ananın yerini tutacaqsan, səninlə evlənəcəyəm” kimi sözləri üzə çıxıb. Məhkəmə Mixail Xaçaturyanı cinsi istismar, zorakılıqda təqsirli bilib. Üç bacının 20 illik həbs cəzası ilə üzləşməsinə baxmayaraq, onların bəraət almaq şansı var. aia.az Geri dön |