Ana Sayfa > Ölkə > Bakıda mübahisə qanla bitdi
Bakıda mübahisə qanla bitdi25-04-2025, 15:29. Yazar: sevinc1 |
![]() Aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, ilkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. aia.az Geri dön |