Ana Sayfa > Parlament > Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Rusiyaya səfər edəcək

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Rusiyaya səfər edəcək


Dünən, 13:44. Yazar: sevinc1
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Rusiyaya səfər edəcək

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş forumun işində iştirak etmək üçün aprelin 28-də Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfər edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forum Qələbənin 80 illiyinə, faşizmə qarşı döyüşənlərin qəhrəmanlığını əks etdirən tarixi həqiqətlərin qorunub saxlanılmasına və müdafiəsinə, eləcə də gənc nəslin əxlaqi-mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə həsr olunub.

Səfər aprelin 30-da başa çatacaq.
Geri dön