Ana Sayfa > Parlament > Deputatlarımız Türkiyəyə səfər edəcəklər
Deputatlarımız Türkiyəyə səfər edəcəklərBu gün, 13:38. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatları - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən strateji mənzərəsi, Körfəz ölkələrinin artan rolu və regionda NATO ilə tərəfdaşlığın gücləndirilməsi, terrorizm təhlükəsi və NATO-nun terrorla mübarizədə mövqeyi və digər mövzular müzakirə olunacaq. Səfər mayın 1-də başa çatacaq. Geri dön |