Ana Sayfa > Özəl > Rusiyanın Əfqanıstanla bağlı qərarı!

Rusiyanın Əfqanıstanla bağlı qərarı!


25-04-2025, 11:02. Yazar: sevinc1
Rusiyanın Əfqanıstanla bağlı qərarı!

Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, dünən Rusiya və Əfqanıstan rəsmiləri arasında görüş keçirilib. Bildirilib ki, görüşdə Rusiya prezidenti Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov, Əfqanıstan Müvəqqəti Hökumətinin xarici işlər nazirinin müavini Emirhan Möttəki və daxili işlər nazirinin müavini Siracəddin Həqqani iştirak edib və ikitərəfli münasibətlər müzakirə olunub.

Görüş zamanı Rusiya tərəfi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə yüksəldilməsi ilə bağlı qərarını Əfqanıstan hakimiyyətinə çatdırıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön