Ana Sayfa > Manşet / Ölkə > İyunda 13 gün iş olmayacaq
İyunda 13 gün iş olmayacaqBu gün, 10:56. Yazar: sevinc1 |
![]() İyun ayında 13 gün qeyri-iş günü olacaq. aia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir. aia.az Geri dön |