Ana Sayfa > Ölkə > Kürdə suyun səviyyəsi artıb
Kürdə suyun səviyyəsi artıbBu gün, 09:50. Yazar: sevinc1 |
![]() Bəzi çaylarda sululuq artıb. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir. aia.az Geri dön |