Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Xarici İşlər Nazirliyinin qarşısına yeni vəzifələr qoyuldu
Xarici İşlər Nazirliyinin qarşısına yeni vəzifələr qoyuldu20-09-2015, 13:02. Yazar: admin |
Ölkə başçısı bununla bağlı fərman imzalayıb Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanın məqsədi Əsasnamənin “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” qanunun tətbiq edilməsi barədə" ölkə başısının müvafiq fərmanlarına uyğunlaşdırılmasıdır. Beləliklə, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci, 8.8-2-ci və 8.8-3-cü bəndlər əlavə edilib: “8.8-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görür; 8.8-2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyin göstərilməsini və xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin edir; 8.8-3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin edir və fəaliyyətini əlaqələndirir;”. Geri dön |