Ana Sayfa > Karusel / Ölkə > Dolu düşəcək, sulu qar yağacaq -

Dolu düşəcək, sulu qar yağacaq -


Dünən, 17:13. Yazar: sevinc1
Dolu düşəcək, sulu qar yağacaq -

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

aia.az
Geri dön