Ana Sayfa > Özəl / Təhsil > Kollecdə şəhid Rəşid Mədinovun doğum günü qeyd edilib
Kollecdə şəhid Rəşid Mədinovun doğum günü qeyd edilibDünən, 14:48. Yazar: sevinc1 |
![]() 44 günlük Vətən müharibəsinin şəhidi Rəşid Nəzər oğlu Mədinovun doğum günü oxuduğu UNEC nəznində Sosial-İqtisadi Kollecdə qeyd edilib. aia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın suverenliyi,müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçılarına şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edən məlumatlar təqdim olunub. UNEC nəzdində Sosial-İqtisadi Kollecin müəllimi Tünzalə Səmədova çıxış edərək şəhid Rəşid Mədinova dərs dediyi üçün həmişə fəxr edəcəyini bildirib: “Bu gün şəhid tələbəmiz Rəşid haqqında danışmaq mənim üçün həm çətindir, həm də şərəfdir. Belə bir qəhrəmanı yetişdirən anaya təşəkkür edirəm.” Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də öz növbəsində qeyd etdi ki, 29 yaşını Rəşidsiz qeyd etsək də onlar hər birimiz üçün tarixi qəhrəmandır və həmişə də bizimlə bir yerdə olacaqlar. UNEC nəznində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov da çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən danışıb, bu müqəddəs amal uğrunda neçə-neçə igid döyüşçünün öz canından, qanından keçdiyini bildirib. Daha sonra Şəhriyar Laçınov bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə Azərbaycan son iki əsrlik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Tədbir kollecin tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.Tələbələrin ifasında şəhid Rəşid Mədinova həsr olunan şeir və mahnılar səsləndirilib. Geri dön |