Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı


Bu gün, 10:11. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

aia.az
Geri dön