Ana Sayfa > Gündəm > Milli Məclisin komitə sədri Sumqayıtda vətəndaşlarla növbəti görüş keçirib

Milli Məclisin komitə sədri Sumqayıtda vətəndaşlarla növbəti görüş keçirib


Dünən, 16:41. Yazar: sevinc1
Milli Məclisin komitə sədri Sumqayıtda vətəndaşlarla növbəti görüş keçirib

Bu gün, 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik.

Görüş zamanı vətəndaşların müraciətlərini dinlədik, onların qaldırdığı məsələləri müzakirə etdik. Müraciətlər əsasən ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı idi. Bir sıra məsələləri yerindəcə həll etdik, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.

Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova

Geri dön