Ana Sayfa > Özəl > Kiyev təslim olmaqdan və Krımı Rusiya kimi tanımaqdan imtina edib
Kiyev təslim olmaqdan və Krımı Rusiya kimi tanımaqdan imtina edib23-04-2025, 16:19. Yazar: sevinc1 |
![]() Ukrayna danışıqlara hazırdır, amma kapitulyasiyaya yox. Bu barədə ölkənin baş nazirinin birinci müavini Yuliya Sviridenko X sosial şəbəkəsində məlumat verib. "Bu gün Ukrayna nümayəndə heyəti Londonda tərəfdaşlarla görüşəndə biz öz prinsipial mövqeyimizi təsdiq edirik: Ukrayna danışıqlara hazırdır, lakin təslim olmağa yox. Rusiyaya yenidən qruplaşmaq üçün lazım olan daha güclü bazanı verəcək heç bir razılaşma olmamalıdır", - o deyib. Rəsminin sözlərinə görə, atəşkəs üçün zəruri ilk addım quruda, havada və dənizdə tam atəşkəsdir. O əlavə edib ki, əgər Rusiya hərbi əməliyyatlarda məhdud fasilə vermək qərarına gəlsə, Ukrayna eyni şəkildə cavab verəcək. Bundan əlavə, Sviridenko qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaqdan imtina edərsə, Kiyev “davamlı sülhü təmin edə biləcək” təhlükəsizlik zəmanəti tələb edəcək. Bundan əvvəl prezident Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır. Onun sözlərinə görə, belə bir tədbir Ukrayna Konstitusiyası çərçivəsindən kənara çıxır. aia.az Tərcümə şöbəsi Geri dön |