Ana Sayfa > Özəl > Trampın Ukraynaya ultimatumu məlum olub

Trampın Ukraynaya ultimatumu məlum olub


Dünən, 15:44. Yazar: sevinc1
Trampın Ukraynaya ultimatumu məlum olub

Ukrayna nümayəndə heyəti Fransa və İngiltərə tərəfindən dəstəklənən 30 günlük atəşkəs razılaşmasını müzakirə etmək üçün Londona gedirdi, lakin ABŞ prezidenti Donald Tramp administrasiyası ultimatum verdi və öz sülh planında israr etdi.
Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.


“Tramp administrasiyası bunun əvəzində diqqətini prezidentin Ukraynaya “al, ya da get” variantı kimi təqdim edilmiş sülh planına yönəltmək istəyir”, - deyə hesabatda bildirilir. Qeyd olunur ki, ABŞ-ın Ukrayna ilə bağlı sülh planına Kiyevin qəbuledilməz hesab etdiyi anti-Rusiya sanksiyalarının ləğvi və Krımın qeyri-rəsmi olaraq Rusiya kimi tanınması daxildir.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Londonda keçiriləcək görüşdə Ukraynaya dair yeddi bənddən ibarət sülh planını təqdim etməyi planlaşdırır. İlk iki məqama dərhal atəşkəs və Moskva ilə Kiyev arasında birbaşa danışıqların başlanması daxildir. Üçüncü məqam Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsidir.

aia.az
Tərcümə şöbəsi
Geri dön