Ana Sayfa > Ölkə > Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edildi
Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edildiDünən, 15:20. Yazar: sevinc1 |
![]() Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |