Ana Sayfa > İqtisadiyyat > Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurub
Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurubBu gün, 13:02. Yazar: sevinc1 |
![]() "Məlumdur ki, aqrar sahə təkcə Azərbaycanda deyil, qlobal dünyada mövcud iqtisadiyyatların arasında əsas prioritetlərdən biri kimi vacib mövqe tutur. Təbii fəlakətlər getdikcə daha sıx və tez-tez baş verir ki, bu hal kənd təsərrüfatı məhsuldarlığını ciddi şəkildə azaldır və bütün dünyada ərzaq təhlükəsizliyini təhdid edir". aia.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. O bildirib ki, iqlim dəyişiklyinin təsirləri həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə müşahidə edilir: "Belə ki, qardaş Türkiyə Respublikasında aprel ayının ilk yarısında havaların kəskin dəyişməsi və son 30 ildə ən kəskin şaxtaların olması fermerləri və istehsalçıları çıxılmaz vəziyyətə salıb. İlkin hesablamalara əsasən, yalnız sığortalı olan istehsalçılar 1 milyard manat civarında itkilərlə üzləşiblər. Ümümi ziyan isə hələ hesablanmaqdadır. Ölkəmizdə də aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz-üzə qoyub. Belə ki, yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkəmizdə sığortalanmış 13 milyon manatlıq istehsala tam və ya qismən ziyan dəyib. İlin əvvəlindən isə artıq 26 mln manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Qeyd etmək istərdim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur". Sədr qeyd edib ki, Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb: "Bu model fermerlərimizin aqrar sahədə üzləşdiyi problemləri həll etmək, onların dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək üçün nəzərdə tutulub. Belə ki, ölkədə əkinə yaralı ərazilərin 98%-ni əhatə edə biləcək aqrar sığorta xidmətlərini təmin edən sistem formalaşdırılıb. Hazırda sığorta təminatı bitkiçilik, heyvandarlıq və akvakultura da daxil olmaqla kənd təsərrüfatı fəaliyyətinin geniş spektrini əhatə edir. Hazırda 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə isə 8 riskdən sığorta təminatı təklif edilməkdədir. Yaradılmış Aqrar sığorta modelinin müsbət nəticələri qısa müddətə baxmayaraq artıq göz qabağındadır. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30% i, yəni, 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcə də bitkiçiliy üzrə aqrar istehsalın 8%-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 mln manat təşkil edib. Bağladığımız müqavilə sayları 57minə çatmış, zərər ödənişlərimiz isə 15 milyonu ötüb. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatına alınmış fermerlərə baş vermis sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən ilə artmaqdadır. Bu da zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini əhəmiyyətli axsamalar olmadan davam etdirməyə imkan verib". aia.az Geri dön |